“Kredd III” və “Qarışqa-adam və eşşəkarısı” filmlərindəki rolları ilə tanınan amerikalı aktyor Conatan Meyjors ailədaxili zorakılıq ittihamı ilə Nyu-Yorkda həbs edilib.

Bu barədə martın 26-da Sky News məlumat yayıb.

Aktyor "məişət münaqişəsi"nə qatıldıqdan və boğma, döymə və təcavüz ittihamı ilə həbs edilib. Qurban baş və boyun xəsarətləri ilə xəstəxanaya yerləşdirilən 30 yaşlı qadındır.

"Zərərçəkmiş polisə hücuma məruz qaldığını bildirib. Məmurlar 33 yaşlı kişini insidentsiz nəzarətə götürüblər", - Nyu York polisi bildirib.

Meyjors Manhettendəki mənzilindən götürülüb. Aktyorun sözçüsü isə deyir ki,o heç bir səhv etməyib: “Meyjorsun yaxşı adının tezliklə təmizlənəcəyinə əminəm”.

.