ABŞ-da yeni koronavirus (COVID-19) infeksiyasından ölənlərin sayı 6053 nəfərə çatıb.

RİA Novosti agentliyi verdiyi xəbərə görə, rəsmi məlumatlar əsasında hesabat aparan Cons Hopkins Universitetinin açıqlamasında bildirilir ki, 245,5 min nəfər isə virusa yoluxub.

Ölüm sayına görə Nyu-York öndədir. Burada koronavirusdan 1562 ölüm qeydə alınıb.

Ölkə üzrə ümumilikdə 9148 nəfər sağalıb.

***
ABŞ-da koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 5926 nəfərə çatıb.

Bu barədə federal və ştat rəsmilərinin məlumatları əsasında hesabat aparan Cons Hopkins Universitetinin məlumatında qeyd olunub.

"France Presse” agentliyi bildirir ki, belə olan halda, ABŞ-da son 24 saatda 1169 nəfər koronavirusdan ölüb. Bu, bir ölkədə sutka ərzində qeydə alınmış ən böyük ölüm sayıdır. Bundan əvvəlki "rekord” İtaliyaya məxsus olub, martın 27-də burada 969 nəfər ölmüşdü.
.