Prezident Donald Trampın bəzi İslam ölkələri vətəndaşlarının ABŞ-a girişini qadağan etməsinə etiraz olaraq, Nyu-Yorkda "Bu gün mən də müsəlmanam" yürüşü keçirilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, etirazçılar Tayms meydanında Trampın bu qərarına qarşı şüarlar səsləndiriblər. Yürüşə mindən çox amerikalı qatılıb.
