ABŞ-ın Pensilvaniya ştatının Bervik şəhərində xeyriyyə tədbirinin keçirildiyi məkanda sürücünün avtomobili kütlənin üzərinə sürməsi nəticəsində yaralananların sayı 17 nəfərə çatıb.

Bu barədə NBC telekanalı yerli polisə istinadən məlumat yayıb.

Məlum olub ki, sürücü Bervikdə hadisədən sonra Neskopek şəhərində bir qadını öldürüb. Daha sonra şübhəli şəxs Neskopekdə polis tərəfindən saxlanılıb.

Hazırda sürücünün şəxsiyyəti və ona qarşı hansı ittiham irəli sürüldüyü də açıqlanmır .

Polis sürücünün Bervik şəhərində avtomobili kütlənin üzərində qəsdən sürüb-sürmədiyini aydınlaşdırmağa çalışır.
 

.