ABŞ-ın Baltimor şəhərində naməlum şəxs piyadalara atəş açıb.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə ötən gün yerli vaxtla 18:00 radələrində baş verib. Naməlum kişi mağazanın yanında dayanan insanlara atəş açıb. Nəticədə 2 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hücum bir neçə gün əvvəl həmin rayonda baş verən ölüm hadisəsinə görə intiqam almaq məqsədilə törədilə bilər.
Hazırda cinayətkarın tapılması istiqamətində axtarış aparılır.
.
