ABŞ-ın Müdafiə Nazirliyi sanksiya tətbiq edilə biləcəyi Çin şirkətlərinin siyahısını təqdim edib.

"Reuters"  verdiyi məlumata görə, Pentaqonun siyahısına "Huawei" və "Hikvision" telekommunikasiya şirkətləri, eləcə də "China Telecom" və "China Mobile" mobil rabitə operatorları olmaqla 20 böyük şirkət daxildir.

Qurumun bildirdiyinə görə, bu şirkətlər məhdudlaşdırıcı tədbirlərin yaranmasına səbəb olan "Çin Xalq Qurtuluş Ordusu tərəfindən idarə olunur və ya onlara məxsusdur".

.