2014-cü ilin ilk 3 ayı ərzində ABŞ Azərbaycandan 1,05 milyon barrelə yaxın neft idxal edib. 2013-cü ilin yanvar-mart aylarında isə bu göstərici 2,08 milyon barrel təşkil edib.
Yenizaman.az azadinform-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsi (EIA) məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan neftinin nəql edildiyi əsas ixrac marşrutu nefti Türkiyənin Ceyhan limanına çatdıran "Bakı-Tbilisi-Ceyhan" boru kəməridir.
Azərbaycanın yüngül nefti, həmçinin "Bakı-Supsa" boru kəməri ilə Gürcüstanın Supsa limanına çatdırılır və oradan nəql edilir.
.