ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunan danışıqların müsbət dinamikasına ümid edir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin spikeri Ned Prays brifinqində deyib.

Bugünkü nəticələr tərəflərin son aylardakı münasibətlərinin bəhrəsidir.

"Bütün bunlar ABŞ-la ikitərəfli münasibətlərin, tərəflərin ABŞ-la üçtərəfli əlaqələrinin, Avropa İttifaqı (Aİ) tərəfindən aparılan diplomatiyanın və tərəflərin yaxın günlərdə Brüsseldə Aİ Şurası prezidenti Şarl Mişel tərəfindən təşkil olunacaq danışıqlardan gözləntilərinin nəticəsidir", - Prays deyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 18-də Münxen təhlükəsizlik konfransı çərçivəsində görüş keçirmişdilər.

.