ABŞ Avropa İttifaqını (Aİ) qaz bazarında manipulyasiyaları axtarmağa və onlara müqavimət göstərməyə çağırır.

Rusiya mətbuatı verdiyi məlumata görə, bu barədə ABŞ-ın energetika naziri Cennifer Qranholm bildirib.

"Avropadakı qaz qiyməti böhranı mövcud qaz təchizatı yollarının etibarlılığı ilə bağlı ciddi suallar doğurur. ABŞ və Avropa İttifaqı əlavə qazanc əldə etmək üçün qaz tədarükü ilə manipulyasiya edən oyunçulara müqavimət göstərməyə hazır olmalıdır", - C. Qranholm bildirib.

Onun sözlərinə görə, Avropa enerji tədarükünün şaxələndirilməsi məsələsini ABŞ-ın iştirakı ilə uzunmüddətli perspektivdə fəal şəkildə həll edilməlidir.

.