İngiltərənin “Çelsi” klubu Dortmund “Borussiya”sının forvardı Erliq Holandı sıralarına qatmaqda israrlıdır.

“Bild” nəşri məlumat verir ki, Almaniya klubu elçiləri uzaqlaşdırmaq üçün norveçli hücumçuya 160 milyon avro qiymət qoyub.

Lakin mənbə iddia edir ki, “zadəganlar”ın sahibi Roman Abramoviç komandada yalnız E.Holandı görmək istəyir və digər alternativlərlə maraqlanmır.

Artıq rusiyalı iş adamı E.Holandı komandaya qatmaq üçün 175 milyon avro pul ayırıb.

Qeyd edək ki, E.Holandla “Berselona”, “Real” və bir sıra digər top klublar maraqlanır.

.