
Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, A.Gül siyasət həyatı boyunca enerji məsələlərini çox yaxından təqib etdiyini vurğulayıb. O, Türkiyənin yalnız neft boru kəmərlərində deyil, istehsal mərkəzlərində də olması gərəkliyini qeyd edib. A.Gülün Türkiyə kimi böyük əhali və iqtisadiyyatın yalnız daşıyıcı deyil, istehsal mərkəzlərində olmasının vacibliyini də qeyd edib.
Neft qiymətlərindəki düşmənin iqtisadiyyatın genişlənməsi ilə əlaqəsi olduğuna diqqə çəkən A.Gül bildirib: "Bu fürsəti yaxşı qiymətləndirmək lazımdır. Bütün dünya iqtisadiyyatının ən böyük məsələsi onun böyüməsidir. Ölkə olaraq iqtisadiyyatı önə çıxarmağın zamanıdır. Çünki bu fürsət hər zaman belə olmayacaq. Onun üçün mənim hər kəsə məsləhət bunu yaxşı qiymətləndirmək, sərmayələri ona görə sürətləndirmək və Türkiyənin gələcəyini çox daha parlaq etməkdir”..