ABŞ ilə danışıqlar prosesi Vaşinqtondan daxil olan ziddiyyətli siqnallar səbəbindən çətinləşir.

Yenizaman-ın  "Al Jazeera"ya istinadən verdiyi xəbərə görə, bu barədə İranın IRIB teleradio şirkəti xarici işlər naziri Abbas Əraqçiyə əsaslanaraq məlumat yayıb.

Əraqçi vurğulayıb ki, İran Hörmüz boğazında gəmiçilik fəaliyyətinin pozulmasına görə məsuliyyət daşımır, çünki "münaqişəni Tehran başlatmayıb və yalnız özünümüdafiə məqsədilə hərəkət edir".

O, Hörmüz boğazının İran hökuməti ilə koordinasiyalı şəkildə fəaliyyət göstərən dost ölkələrin gəmiləri üçün açıq, düşmən dövlətlər üçün isə bağlı olduğunu bildirərək Tehranın mövqeyini bir daha təsdiqləyib.

.