Ötən gün axşam saatlarında sosial şəbəkələrdə və bəzi xəbər saytlarında guya Göyçay rayonu ərazisində sel suları səbəbindən avtomobil körpüsünün uçması ilə bağlı video-görüntülü məlumat paylaşılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, sözügedən görüntü 2018-ci ildə baş vermiş hadisə zamanı lentə alınıb və bu günlər ərzində Göyçay rayonu ərazisində AAYDA-ın balansında olan hər-hansı avtomobil körpüsündə uçqun qeydə alınmayıb.

.