“İrəvanda keçirilən yarışda bayrağımızın yandırılması nəticəsində başa düşdüm ki, cəmiyyətin özündə hələ də Azərbaycana qarşı nifrət var. Hərçənd ki, bu, idmanda beynəlxalq və dünya ağır atletika federasiyasına qarşı irqçilikdir, ayrıseçkilikdir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Ələsgərov deyib.

Baş katib bildirib ki, bu cür hallar kütlənin idarəolunmaz vəziyyətindən xəbər verir:

“Biz bu yarışa ötən ildən hazırlaşırdıq. Həmin dövrdə bir neçə əlavə yarışlarda iştirak etmişdik. İdmançılarımız gənc olmaqlarına baxmayaraq yüksək nəticələr göstərirdilər. Avropa çempionatına hazırlaşmağımızın da əsas səbəbi təsnifat xallarının qazanılmasından ibarət idi. Komanda şəklində bu yarışa qatılmalı idik. Qarşılanma və digər məsələlər Ermənistanın müvafiq qrumları tərəfindən normal səviyyədə təşkil olunmuşdu, lakin ümumi yarışın açılış mərasimində müəyyən fəsadlar gördük. Belə başa düşdüm ki, hələ də cəmiyyətin özündə Azərbaycana qarşı nifrət var. Belə məqamlar gözlənilmirdi. Bayrağımızın yandırılmasından sonra belə qənaətə gəldik ki, biz bu yarışda iştirak etməyək".

.