9-cu mərtəbədən yıxılan alman turist sağ qalıb.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Tailandın Pattaye kurort bölgəsində baş verib.
Otelin damından yıxılan 53 yaşlı turist otelə bitişik tikilən kafenin damına düşüb. Nəticədə qolu sınan və bir neçə yüngül xəsarətlər alan həmin şəxs xəstəxanaya çatdırılıb.
Polis hadisənin səbəblərini araşdırır.
