
Yəməndə 8 yaşlı qız zifaf gecəsi dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, 8 yaşında ailə həyatı quran qız zifaf gecəsi yaşadığı daxili qanaxmadan vəfat edib. Statistika göstərir ki, belə hallar Yəməndə tez-tez baş verir. Çünki bu ölkədə qızların, təxminən, yarısı 15 yaşına çatmamış ərə verilir.
Xatırladaq ki, 2010-cu ildə 12 yaşlı qızın doğum zamanı vəfat etməsi dünya mətbuatında böyük müzakirələrə səbəb olmuşdu. .