Əfqanıstanın Qövr vilayətində 6 yaşlı uşaqla evlənən 60 yaşlı Məhəmməd Kərim adlı din xadimi həbs edilib.
 
Axar.az "Frans-Press”ə istinadən xəbər verir ki, qoca uşağın ona "dini hədiyyə” olaraq verildiyini iddia edib. 
 
Lakin qızın Herat şəhərində yaşayan valideynləri övladlarının bir müddət öncə qaçırıldığını deyib.
 
Faktla bağlı cinayət işi açılıb.

.