Türkiyədə İŞİD terror qruplaşmasının 6 mənsubu saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yer alıb.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı həmin şəxslərin Gaziantepin Oğuzeli bölgəsində ələ keçirildiyini açıqlayıb.
Xəbərdə bildirilir ki, onlar Türkiyə-Suriya sərhədini qeyri-qanuni yollarla keçməyə çalışıblar.
İŞİD üzvü olduğu bildirilən xarici kökənli 6 nəfərin saxlanılaraq, polis bölməsinə aparıldığı da verilən məlumatlar arasındadır.
.
