Azərbaycanda neft hasilatının piki 2010-cu ildə olub - 50,8 mln ton. Bunun 40,6 mln tonu "Azəri-Çıraq-Günəşli” yatağından çıxarılıb..Hasilatın azalmasının qiyməti. Caspian Barrel Mərkəzinin məlumatına görə, son 5 ildə hasilat tempinin azalması ildə 17,5% olub. 2014-cü ildə hasilat 41,9 mln ton təşkil edib. Hasilat hər il 1,78 mln ton və ya 13 mln barrel azalıb.
2010-2014-cü illərdə neft hasilatının azalmasına AÇG-də istehsal güclü təsir edib. Son 5 ildə AÇG-də azalma 22,4% olub. AÇG-də hasilatın azalması ölkə üzrə azalma tempindən çox olub.
AÇG-də neft hasilatı
Illər | hasilat ( mln ton) |
2010 | 40,6 |
2011 | 35,4 |
2012 | 32,9 |
2013 | 32,2 |
2014 | 31,5 |
Ölkədə neft gəlirləri 2011-ci ildə pikə çatıb. Neft gəlirləri deyəndə ARDNF-nin gəlirləri nəzərdə tutulur. Hazırda bu gəlirlərin 95%-i AÇG sazişi çərçivəsində mədaxildən formalaşır.
Bəs niyə neft gəlirləri 12,8% azalsa da, gəlirlərin piki 2011-ci ildə olub. Məsələ burasındadır ki, həmin vaxt neft dünya bazarında daha baha olub. ВР Statistical Review of world energy-nin hesabatına görə, 2010-cu ildə Brent markalı neft $79,50, bir il sonra $111,26 olub. Yəni bahalanma 39,9% təşkil edib.
Nəticədə 2011-ci ildə Fondun mədaxili $19,8 mlrd olub, sonrakı illərdə orta hesabla hər il $1 mlrd azalıb.
Neft Fondunun gəlirləri
Illər | Gəlirlər (ABŞ dolları) | Yığım məbləği (%) |
2010 | 16 309,3 | 48,2 |
2011 | 19 799,9 | 35,5 |
2012 | 17 405,4 | 24,9 |
2013 | 17 329,2 | 9,5 |
2014 | 16 230,2 | 2,0 |
Bəs sonra? Hazırda neft hasilatının 81%-i "BP-Azerbaijan” şirkətinin payına düşür. AÇG-də isə hasilat azalır.
Azərbaycan geoloqları hesab edir ki, ilk günlərdən AÇG intensiv istismara məruz qalıb. Nəticədə məhsuldar layların yalnız üst hissəsi mənimsənilib. 2005-2014-cü illərdə blokda 263,8 mln ton neft çıxarılıb. 1997-2014-cü illərdə AÇG-dən 354 mln ton və ya 2 mlrd 620 mln barrel neft çıxarılıb. Belə intensiv hasilat (xüsusən 2007-2010-cu illərdə) layların neft verməsini kəskin azaldıb. ВР-nin planına əsasən, 2010-cu ildə hasilat sutkada 1,2 mln barrelə artırılmalı idi (ildə 60 mln, yəni 50% çox, amma ARDNŞ bu planı təsdiq etməyib).
ВР bildirir ki, hasilatı artırmaq üçün "Azəri” yatağında daha bir platform atikilməlidir. Bu isə milyardlarla vəsait tələb edir. ARDNŞ 2014-cü ildə işə düşən platformadan elə bir səmərə görmür. Ona $6 mlrd xərclənmişdi.
İndki iş tempi ilə 2020-ci ilədək AÇG platformasında ildə hasilat 4 mln barrel azalacaq (700-750 min ton).
5 ildən sonra hasilat 36 mln ton təşkil edəcək. Hazırda hökumət büdcəyə gəlir gətirən sektorları dirçəltməlidir. Mneftin bahalanması gözlənilmir. 2020-ci ildən neftin qiyməti 100-110 dollara çatsa, reallıqda indki qiymətlərlə reallıqda 80 dollar olacaq. .
