Gürcüstanın Kabuleti şəhərində radioaktiv uran satmağı planlaşdıran 5 nəfər saxlanılıb.
Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Gürcüstan vətəndaşları həmin uranı 3 milyon dollara satmağı planlaşdırırdı.   Müəyyən olunub ki, müsadirə edilən uranın çəkisi 1,625 kiloqram olub.   Onun tərkibində uran-238 və uran-235 radiokativ izotopları olub.   Həbs olunan şəxsləri 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.   Bu ilin aprelində 6 nəfər, o cümlədən 3 Ermənistan vətəndaşı Tbilisidə uran satmaq istəyərkən tutulmuşdu.    
.