Sumqayıtda marşrut avtobusunun dəhşətli qəza anı müşahidə kamerasına düşüb.

Ətrafdakı obyektlərdən birinin kamerasına düşən görüntüdə qəzanın baş verdiyi an görünür. Hadisə zamanı 42 nəfər yaralanıb.

Xatırladaq ki, fevralın 21-də hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.

Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.

Hadisə nəticəsində 42 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.



.