Sentyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək. Abşeron yarımadasında havanın temperaturu gecə 23-26° isti, gündüz 31-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 749 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq. Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Sentyabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.
 

.