Bakı sakini qardaşını bıçaqlayıb, sonra özünü dördüncü mərtəbədən atıb.

Hadisə Səbail rayonunda qeydə alınıb.

Məlumata görə, 36 yaşlı Fuad Nəcəfli yaşadığı evdə özündən iki yaş kiçik qardaşı Murad Nəcəflini bıçaqlayıb.

O, daha sonra özünü yaşadığı mənzildən - binanın 4-cü mərtəbəsindən aşağı atıb.

F.Nəcəfli ölüb, M.Nəcəfli isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğuna araşdırma aparılır.
 

.