Seçki məntəqələrində günahkar kimdirsə, mən təklif edəcəm ki, birbaşa məntəqə seçki komissiyaları yox, konkret onu törədən şəxsin fəaliyyətinə xitam verilsin.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, pozuntunu törədənin konkret hansı komissiya üzvü olduğu məlumdur: “Amma görüntülərə vətəndaşlar baxır. İctimaiyyət görür ki, konkret məntəqədə pozuntu var. Biz onu ləğv etməliyik. Məhz 119 saylı Ağdam Seçki Dairəsi üzrə ləğv etdiyimiz məntəqədə də bir komissiya üzvünün səhvi ucbatından seçicilərin haqqı pozulub. Biz bu məntəqəni ləğv etmək istəmirdik. Amma fikirləşdik ki, kimsə deməsin ki, qanun nə tələb edir? onu edin”.
Rövzət Qasımov MSK sədrinin təklifini dəstəkləyib və 119 saylı Ağdam Seçki Dairəsi üzrə məntəqənin ləğvini siyahıdan çıxarılması dəstəkləyib.
.