Futbol üzrə İtaliya çempionatının 9-cu turunda "Yuventus" "Udineze"ni 6:2 hesabı ilə məğlub edib.

"Report” xəbər verir ki, komandanın yarımmüdafiəçisi Sami Hedira het-trik edib.

Turin klubu oyunun böyük hissəsini azlıqda keçirib. 26-cı dəqiqədə ikinci sarı vərəqəsini alan forvard Mario Mancukiç meydandan qovulub.

"Yuventus" bu qələbə sayəsində xallarının sayını 22-yə çatdırıb və turnir cədvəlinin üçüncü yerində möhkəmlənib. "Udineze" 6 xalla 16-cıdır.

.