İngiltərənin "West Ham United" və "Newcastle United" futbol klublarının ofislərində yoxlama aparılıb. APA-nın "AA”-ya istinadən verdiyi məlumata görə, yoxlama futbolçuların transfer edilməsi zamanı mümkün vergi fırıldaqçılığı ilə əlaqəlidir.
Məlumata görə, peşəkar futbol sahəsində çalışan bir neçə şəxs gəlir vergisi və milli sığorta fırıldaqçılığında şübhəli bilinərək həbs edilib. 180 əməkdaşın iştirak etdiyi reydlər zamanı hər iki kluba aid kompyuterlər, sənədlər və mobil telefonlar götürülüb.
İngiltərəli həmkarlarına dəstək verən Fransanın müvafiq qurumları da bir neçə yerdə axtarış aparıb, bir neçə şəxsi həbs edib.
"West Ham United" klubunun rəhbərliyi istintaqa kömək etmək üçün müvafiq qurumlarla tam əməkdaşlıq etdiyini açıqlayıb.
.
