"Rusiya Türkiyənin Suriyaya daxil olacağı təqdirdə, kürd üsyançıları müdafiə edəcəyinə söz verib, ona görə də Ankara tərəfindən atıla biləcək belə addım böyük müharibəyə səbəb olacaq".
Yenizaman.az-ın "lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Suriya kürdlərinin Moskvadakı nümayəndəliyinin rəhbəri Rodi Osman "Bloomberg” agentliyinə açıqlamasında deyib. "Rusiya istənilən müdaxiləyə reaksiya göstərəcək. Kürdlərlə yanaşı, Suriyanın ərazi bütövlüyünü də müdafiə edəcək”, - deyə o, söyləyib.
Öz növbəsində, Suriya müxalifətinin Moskvadakı nümayəndəsi Qadri Cəmil bildirib ki, havadan dəstək göstərməklə yanaşı, Moskva suriyalı kürdləri silah-sursatla da təmin edir.
