Türkiyənin "Turkish Airlines" aviaşirkəti yeni növ koronavirus (COVİD-19) səbəbilə 5 şəhər istisna olmaqla bütün beynəlxalq reyslərini dayandırır.

Bu barədə öz "Twitter" səhifəsində aviaşirkətin baş direktoru Bilal Ekşi yazıb.

B.Ekşi bildirib: "Martın 27-dən aprelin 17-dək Honqkonq, Moskva, Əddis-Əbəbə, Nyu-York və Vaşinqton istisna olmaqla bütün xarici uçuşlarımızı dayandırırıq. Yük daşımaları davam etdiriləcək".

Onun sözlərinə görə, ölkədaxili aviareyslər də həyata keçiriləcək, lakin onların sayı azaldılacaq.
.