İngiltərənin "Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyoya vəd edilən mükafatın məbləği müəyyənləşib.

Bunun üçün London klubu mövsümün yekunlarına əsasən Çempionlar Liqasına yüksəlməlidir.

Bu vəzifənin öhdəsindən gəlinsə, portuqaliyalı mütəxəssis 2 milyon funt sterlinq alacaq. Məsələ ondadır ki, paytaxt təmsilçisi üçün qitənin ən nüfuzlu klub turnirinin daimi iştirakçısına çevrilmək prioritetdir.

Qeyd edək ki, "Tottenhem” hazırda Premyer Liqanın turnir cədvəlində 8-ci sıradadır. Londonlular Çempionlar Liqasına vəsiqə verən 4-cü pillədəki "Çelsi”dən 9 xal geri qalır.

.