"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” Ticarət Mərkəzinin ərazisində baş vermiş yanğın saat 12:28-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.
"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Qaradağ rayon Yanğından Mühafizə bölməsinin rəisi Elçin Ələsgərov bildirib ki, yanğınla bağlı məlumat səhər 11:40-da daxil olub: "Hadisə yerinə FHN əməkdaşları cəlb edilib. Yanğın, təxminən, 300 kvadratmetr olan anbarda baş verib. İlkin ehtimala görə, yanğın qısaqapanmadan baş verib. Hadisə yerinə 9 yanğınsöndürən, 50-yə yaxın canlı qüvvə cəlb edilib".
.
