Bu ilin dekabrında Türkiyədə ilk "S-400” zenit-raket kompleksi fəaliyyətə başlayacaq.

"Hurriyet”  xəbər verir ki, bunu Türkiyənin hərbi sənaye naziri İsmail Demir bildirib.

"S-400” raket-müdafiə sisteminin quraşdırılması dekabrda başa çatacaq”, - nazir vurğulayıb.

Qeyd edək ki, sentyabrın 15-də Türkiyənin Müdafiə Nazirliyi "S-400”ün tədarükünün ikinci mərhələsinin başa çatdığını bildirib. 
.