Türkiyədə tutularaq Azərbaycana gətirilən "Quska” ləqəbli Hüseyn Abdullayev "İnterpol” xətti ilə saxlanılıb.
Lent.az-ın özəl mənbələrdən əldə etdiyi xəbərə görə, Hüseyn Abdullayev Türkiyədə "İnterpol” vasitəsilə saxlanılıb və Azərbaycan DİN və Baş Prokurorluq əməkdaşlarına təhvil verilib. Bakıya gətirilən H.Abdullayev hazırda Baş Prokurorluqda ifadə verir.
Qeyd edək ki, H.Abdullayev barəsində Azərbaycan CM-nin 213.2.2 maddəsi üzrə (Külli miqdarda vergidən yayınma) cinayət işi qaldırılıb. O, uzun müddət istintaqdan yayındığı üçün barəsində məhkəmənin qərarı ilə axtarış elan olunub və H.Abdullayev DİN tərəfindən dövlətlərarası və beynəlxalq axtarışa verilib. Daha sonra bununla bağlı "İnterpol”un səhifəsində məlumat yerləşdirilib.
Daxili İşlər Nazirliyindən H. Abdullayev Türkiyədə tutularaq Azərbaycana gətirilməsi xəbərini təsdiqləyiblər.
