
"Bohem rapsodiyası” filmi 2018-ci il üzrə "Ən yaxşı dram filmi" nominasiyasında "Qızıl Qlobus" mükafatına layiq görülüb.
Rusiya KİV-i xəbər verir ki, "Ən yaxşı dramatik film aktyoru" mükafatını Fredi Merkuri roluna görə aktyor Rami Malek qazanıb.
"The Vife” adlı ekran əsərindəki roluna görə, Glenn Close "Ən yaxşı dramatik film aktrisası" nominasiyasına layiq görülüb.
Rejissoru Peter Farrelly olan "Yaşıl kitab" filmi "Ən yaxşı film komediya yaxud muzikl" kateqoriyasında "Qızıl Qlobus" mükafatı qazanıb.
Qeyd edək ki, "Qızıl Qlobus" mükafatına namizədlər arasında "A Star Is Born", "Black Panter", "Beale Street konuşabilseydi" ve "Kara klanovets" kinoları da olub.
Maykl Duqlas "Kominskinin metodu” serialındakı roluna görə "Qızıl qlobus” mükafatına layiq görülüb. O, mükafatın birinci qalibi seçilib.
Qeyd edək ki, tanınmış Amerika aktyoru və prodüseri Maykl Duqlas 1944-cü il sentyabrın 25-də Nyu-Cersi ştatının Nyu-Bransuik şəhərində, aktyor ailəsində anadan olub. Maykl Duqlasın aktyor kimi ilk işi "San-Fransiskonun küçələri" filmində polis müfəttişi Mayk Stoun obrazı olub.
Bu uğur Maykl Duqlas üçün 9-cu nominasiya və 4-cü qələbə olub.