
Qəbələ” və Lüksemburqun "Proqres” komandaları arasında keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun hakimləri müəyyənləşib.
AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, görüşü Moldovadan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Vyaçeslav Banari
Baş hakimin köməkçiləri: Vasili Yermişin, Dimitri Çobanu
Dördüncü hakim: Andrey Kojakaru
Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)
UEFA nümayəndəsi: Nikoloz Jqarkava (Gürcüstan)
Qeyd edək ki, iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
.