Danimarkada "Kopenhagen"lə təkrar "pley-off" matçındakı sərfəli nəticə sayəsində Çempionlar Liqasının qrup mərhələsinə yüksələn "Qarabağ" komandası Vətənə qayıdıb.

"Report"un məlumatına görə,Heydər ƏliyevBeynəlxalq Hava Limanında komandanı çoxlu sayda azarkeş qarşılayıb.

Fanatlar önünə ilk çıxan klubun vitse-prezidenti Tahir Gözəl təbrikləri qəbul etdikdən sonra onları qarşılamağa gələnlərə təşəkkürünü bildirib. Daha sonra tərəfdarlar baş məşqçiQurban Qurbanovvə futbolçuları bir-bir alqışlayıblar. Komanda üzvləri onları gözləyən avtobusa minərək, hava limanını tərk ediblər.

Qeyd edək ki, "Qarabağ" Bakıda 1:0 hesabı ilə yendiyi "Kopenhagen"ə Danimarkada 1:2 hesabı ilə uduzsa da, səfər qolu sayəsində mərhələ adlayıb.

.