"Qarabağ" və Belarusun BATE komandaları arasında Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək matçların tarixi və başlama saatı bəlli olub.  

Tərəflər arasında ilk oyun avqustun 7-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. 

Görüş saat 21:00-da start götürəcək.  

Cavab qarşılaşması isə avqustun 14-ə təsadüf edəcək. "Borisov Arena"da reallaşacaq cavab görüşü Bakı vaxtı ilə saat 21:00-da (yerli vaxtla 20:00) başlayacaq. 
.