
Misir milli komandasının futbolçusu Məhəmməd Salah İngiltərənin "Liverpul" klubu ilə yeni müqavilə bağlayıb.
Yenizaman.az -ın məlumatına görə,klubun rəsmi saytı 26 yaşlı yarımmüdafiəçinin uzunmüddətli sözləşməyə imza atdığını açıqlayıb. Lakin anlaşmanın müddəti və detalları açıqlanmır.
Qeyd edək ki, Məhəmməd Salah "Liverpul"a 2017-ci ilin yayında keçib. Həmin vaxt onunla 5 illik razılıq əldə olunub. Debüt mövsümündə Salah 52 oyuna 44 qol vurub və mövsümün ən yaxşı futbolçusu seçilib. Yarımmüdafiəçi Rusiyadakı dünya çempionatındaMisir yığmasının heyətində 2 görüşdə 2 dəfə fərqlənib.