
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşib.
Türkiyənin İstanbul şəhərində baş tutan həlledici matçda ötən mövsüm avrokubok qazanan klublar üz-üzə gəliblər.
Çempionlar Liqasının qalibi olan "Liverpul” İngiltərə derbisində Avropa Liqasını başı üzərinə qaldıran "Çelsi” ilə qarşılaşıb. 6-cı dəfə Superkubok mübarizəsi aparan "Liverpul” sonuncu dəfə 2005-ci ildə qazandığı mükafata 4-cü dəfə yiyələnib. 14 ildir analoji matçın qalibi ola bilməyən ingilislər bu görüşlə İspaniyanın 5 illik hegemonluğuna da son qoyublar.
.