FOX TV-də yayımlanan gənclik serialı "Kiraz Mevsimi" serialının final tarixi dəyişib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ekran işinin 60-cı seriya ilə bitəcəyi deyilmişdi. Lakin serialda iştirak edən Neslihan Yeldan İnstaqram hesabında layihənin daha tez, 59-cu seriyada bitəcəyini açıqlayıb.

Beləliklə, baş rollarında Serkan Çayoğlu və Özge Gürelin oynadığı serial noyabrın 28-də bitəcək.

.