3 gündür davam edən güclü yağış təkcə yolları deyil, eyni zamanda bir çox mənzilləri də sıradan çıxarıb.
Qışdan bəri mənzillərin sıradan çıxmış damları hələ də təmir edilməyib.
Yağan yağışdan əziyyət çəkən paytaxt sakinləri bununla bağlı dəfələrlə mənzil-kommunal istismar sahəsinə müraciət etdiklərini bildirsələr də heç bir tədbir görülmür. Onlar mənzil istismar sahələrinin fəaliyyətindən narazı olduqlarını bildirirlər.
Bəs, görəsən, sakinlərin problemlərini həll edə bilməyən bu qurumların fəaliyyəti nədən ibarətdir və onlar hansı məsələlərin həllinə cabahdehdirlər.
Əlaqə saxladığımız Xətai rayon mənzil istismar sahəsinin nümayəndəsi Sahib Babayev deyir ki, qurum kimi onların əsas iki vəzifəsi var: Mənzil Fonduna baxmaq və Ərazinin sanitar təmizliyinə nəzarət etmək.
"Mənzil kommunal istismar sahələri yağış nəticəsində sıradan çıxarsa və ya lift xarab olarsa, biz ona baxırıq. Mənzil fondunun saxlanılması elə bu deməkdir. Biz fond vasitəsi ilə həmin mənzilin damı üçün tol alırıq, amma tolun vurulması ödənişlidir. Bizdə qırçı ştatı çoxdan ləğv olunub”, - deyə qurum rəsmisi bildirdi.

Millət vəkili Fazil Mustafa deyir ki, mənzil haqqında qanunvericilikdə ümumiyyətlə mənzil istismar sahələri haqqında maddə yoxdur. "Ona görə də onlara dövlət tərəfindən pul ayrılmır, "jeklər" ancaq vətəndaşlardan müəyyən məsələlərdə yığılan vəsait hesabına mövcudluğunu saxlayırlar. Bizdə bu kimi məsələlərdə bir az boşluq var və bu boşluğu aradan qaldırmaq üçün neçə illərdir qanunvericilikdə heç bir addım atılmır”, - deyə millət vəkili bildirdi.
Deputat onu da əlavə etdi ki, "jeklərlə" bağlı məsələ artıq iqtisadi rəqabət mühitində fərqli formada həll olunur. Fazil Mustafa problemin həllini bələdiyyələrin gücləndirilməsində gördüyünü dedi. Onun sözlərinə görə, bələdiyyə normal quruma çevrilsə, digər qurumların fəaliyyətinə ehtiyac olmaz.

Fazil Mustafa - millət vəkili
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehdiyev də deyir ki, "Jek” dediyimiz mənzil istismar sahələri qanundan kənar bir qurum kimi fəaliyyət göstərir: "İnsanlar özəlləşdirdikləri mənzillərdə yaşayırlar. Odur ki, mülkiyyət özəlləşdirildikdən sonra artıq qanunvericiliyə görə, bütün binalarda insanlar özləri mənzil mülkiyyətçilərinin kondominiumunu yaratmalıdırlar ki, həmin müəssisələr də jeklərin görəcəyi işləri görsün”, - deyə iqtisadçı vurğuladı.
Azər Mehdiyev onu da əlavə etdi ki, Azərbaycanda bu istiqamətdə heç bir fəallıq müşahidə olunmadığına görə, mənzil istismar sahələri öz fəaliyyətlərini davam etdirirlər, guya binaların həyətlərini, girişini süpürürlər və s.
Son zamanlar İqtisadiyyat Nazirliyinin dəstəyi ilə jeklərin fəaliyyətini yerinə yetirən yeni qurumlar yaradılmağa başlayıb. Artıq bir neçə bina birləşərək müştərək mənzil mülkiyyətçi cəmiyyəti yaradırlar. İqtisadiyyat Nazirliyindən aldığımz məlumata görə, artıq Bakının Yasamal, Binəqədi, Nəsimi, Xətai, Nərimanov və Səbail rayonlarında mənzil mülkiyyətçi müştərək cəmiyyəti qeydiyyat keçib. Həmin idarənin vəzifəsi binalara aid bütün mənzillərdə yaranan problemi aradan qaldırmaqdır. Qurum rəsmisi yaranan cəmiyyətin bina sakinləri tərəfindən maliyyələşdiyini dedi.
Ölkəmizdən fərqli olaraq, xarici dövlətlərdə binalarda yaranan problemi yalnız bir qurum həll edir. Onlar bələdiyyələrdir. Məsələn, Tacikistanda yaşayan insanlar mənzillərində yaranan problemlə bağlı bələdiyyəyə müraciət edirlər və onların problemi dərhal həll olunur.
Mənzil-Kommunal İstismar sahələri sovet dövründən qalma bir idarədir. O vaxt bütün mənzillər dövlət mülkiyyətində olduğu üçün insanlara sadəcə mənzildən istifadə etmə haqqında sərəncam verilirdi. Ona görə də faktiki olaraq MİS həmin binaların sahibi kimi çıxış edirdi, dövlət adından binalara lazım olan təmir-tikinti işləri, sanitar məsələlər və s. yerinə yetirirdi. SSRİ dağıldıqdan və məzillər özəlləşdirildikdən sonra MİS-in rəsmi qurum kimi fəaliyyəti ləğv olundu.
Hazırda "jeklərin" fəaliyyəti ilə bağlı ciddi islahatlara ehtiyac var. Bu qurumlar yalnız yaşayış binalarının sakinlərindən mənzil, kanalizasiya və məişət tullantılarının pulunu yığmaqdan başqa heç bir fəaliyyət göstərmirlər. Bunun qarşısını almaq üçün və insanların lazımi mənzil problemlərini aradan qaldırmaq üçün həm bələdiyyələr, həm də yerli icra hakimiyyəti başçıları təbliğat aparmalı, insanların özlərinin yığışaraq bir mənzil cəmiyyəti yaratmasına kömək etməlidirlər. Həmin cəmiyyət də zəruri olan halda istənilən mənzildə yaranan problemi vaxtında aradan qaldırsın. O zaman artıq mənzil istismar sahələri avtomatik olaraq sıradan çıxar.
anspress.com
.