
"Viaqra” qrupunun solistlərindən olan Anastasiya Kojevnikova "Eurovision 2016”da ölkəmizi təmsil edən Səmra Rəhimlidən yazıb.
Axşam.az-ın məlumatına görə, rusiyalı ifaçı müğənninin ünvanına təriflər yağdırıb:
"Sakitcə oturub "Eurovision”a baxırdım. Birdən Səmra qarşıma çıxdı. 4 il əvvəl bu körpə ilə "X-Factor”da qarşılaşmışdıq. Birlikdə üçlük formasında mahnı səsləndirmişdik. Amma keçə bilmədik. Bilməzdim ki, o, öz ölkəsini "Eurovision”da təmsil edir. Səmra, sən ağıllısan. Gözəl, sənə azarkeşlik edirəm”.