ABŞ yığmasının üzvü, olimpiya çempionu Makkayla Maroni dünya idmanını şoka salan açıqlamalar verib.

GoldNews.azxəbər verir ki, gimnast məşqçi və həkimi tərəfindən zorlandığını deyib.

O bildirib ki, bakirəliyini 13 yaşında ABŞ yığmasının həkimi Larri Nassar pozub. Ardınca isə məşqçiləri də 7 il bunu zorlamaqda davam ediblər.

Ötən il karyerasını bitirən gimnast Texas ştatında beynəlxalq təlim-məşq toplanışı zamanı ilk dəfə zorlandığını da etiraf edib. O bildirib ki, həkim bunu ona "müalicə” adı ilə tətbiq edib: "Bu, müalicənin bir parçasıdı” deyirdi. Bütün yarışlardan öncə fürsət tapan kimi məni belə "müalicə” edirdi".

Qyd edək ki, 3 ayrı uşaq pornoqrafiyası ilə bağlı məhkəməyə çıxan həkim həbs cəzası alıb. Həmçinin, 125-dən çox qadının şikayəti əsasında araşdırmalar davam edir.

.