
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Türkiyədəki təhsilini başa vurub.
Axşam.az-ın məlumatına görə, müğənni övladını təbrik edərək, təəssüratlarını bölüşüb.
O, qızı ilə bağlı xatirələrini yazıb:
"Övladım qardaş ölkədəki universitetdə magistratura təhsilini uğurla başa vurdu. Allahıma çox minnətdaram, bütün övladlar arzularına çatsın.
Balam körpə olanda oturub, Allahımla danışdım: "Ey böyük yaradan, sən bu körpəni atasız qoydun, amma səniz buraxma. Onu pənahında saxla. Məni dosta-düşmənə möhtac etmə deyib" ağladım. Birdən Aynişan ağlamaq səsimə gəldi. Onda 2 yaşı vardı, "Ana niyə ağlayırsan. Xalidə görə ağlayırsan? O gələcək" dedi. Ondan sonra özümə söz verdim ki, bir daha ağlamayacağam.
Çox əziyyət çəkdim, amma heç kəs bilmədi. Özümə söz vermişdim ki, balamı yüksək təhsillə təmin edəcəm. Həmişə deyirdim, qızım dərslərini yaxşı oxumalısan, atana borcum var. Çox sağ ol qızım, məni atanın qarşısında utandırmadın. Allahda səni övladlarından yarıtsın. Hal-hazırda bu yazını göz yaşlarıma boğularaq yazıram. Amma budəfəki göz yaşlarım sevincdəndir.
Həyatım, nəfəsim, bütün varlığım balam, sən mənim ən çətin günlərimin əzabına dözmüsən. Başqaları səni sarayda, yağ-bal içində böyütdüyümü təsvir edir. Amma sən ananın xəstəxana yatağı başında boynuna sarılaraq, "ölmə" deyə yalvararaq, ananı itirmək qorxusuyla yaşamısan".