İsveçin paytaxtı Stokholmda "Eurovision 2016” müsabiqəsinin təmtəraqlı açılış mərasimi baş tutub.

Axşam.az-ın məlumatına görə, gecədə 61 ölkənin təmsilçisi qırmızı xalçadan keçib.

Mərasimi ötən il İsveçi təmsil edən və birinci olan Mans Zelmerlou və müsabiqənin aparıcısı Petra Mede açıb.

Saat 19:00-dan başlayan mərasimdə təmsilçimiz Səmra Rəhimli 23-cü olaraq qırmızı xalçadan keçib. Yaşıl sinə dekolteli libası ilə diqqət çəkən müğənni media nümayəndələrinin suallarını cavablandırıb.

Qeyd edək ki, "Eurovision 2016” mayın 10-dan 14-nə kimi baş tutacaq. S.Rəhimli yarışmada "Miracle” mahnısını səsləndirəcək.































.