"Coca-Cola Azərbaycan” şirkəti istehsal etdiyi məhsulun üzərində NİDA Vətəndaş Hərəkatının adının yazılmasına aydınlıq gətirib.
Şirkətdən AzVision.az-a verilən məlumata görə, "Coca-Cola” şirkəti heç vaxt siyasətə qatılmayıb və sosial şəbəkələrdə yayılan foto isə fotoşopdur.
""Coca-Cola” siyasətə heç vaxt qatılmayıb. Bu məlumat da həqiqəti əks etdirmir. Bu barədə biz rəsmi məlumat yayacağıq. Həmin şəkil fotoşopdur, bizdə bu adda məhsul istehsal edilməyib”-deyə şirkətdən bildirilib.
Qeyd edək ki, "Coca-Cola Azərbaycan” şirkəti istehsal etdiyi məhsulların üzərinə müxtəlif adların yazılmasını davam etdirir. Xeyli müddətdir bu ad yazma kampaniyasına başlayan şirkət bu dəfə öz məhsulunun üzərinə NİDA Vətəndaş Hərəkatının adını yazıb.
Sosial şəbəkələrdə geniş şəkildə paylaşılan bu məlumat bəzi insanlar tərəfindən təəccüblə qarşılanıb.Bəzi ekspertlər isə bunu hətta şirkətin Azərbaycanda rəngli inqilabları təbliğ etmək cəhdi kimi qiymətləndirirlər.
.