"Başqa seriallardan da təkliflər alıram. Amma şərtlərlə razılaşmıram. Buna görə də mənim rol aldığım yeganə serial "Eks bacanaqlar”dır”.
Bu sözləri Axşam.az-a açıqlamasında aktrisa Fidan Axundova deyib.
O bildirib ki, ilk dəfədir komediya obrazını canlandırır:
"Əvvəl elə bilirdim ki, mən ancaq dramatik obrazları oynayıram. "Eks bacanaqlar”dan sonra gördüm ki, məndə komediya da alınırmış. Həyatda da Mətanət mənə yaxın obrazdır, çox bənzəyirik. Komediya adamın ürəyini açır, amma dramatik obrazlar üçün darıxıram”.
Xeyli arıqlayan F.Axundova idman etdiyini deyib:
"Yayda çox yemək yemirəm. Amma mən daha çox idmanla arıqlayıram. 5 ildir fitneslə məşğul oluram. Köklüyə meyilliyəm. Bir də mən qurmanam, xəmir yeməklərini lap çox sevirəm. Hətta gürcü xəngəli də hazırlayıram”.
F.Axundova adından saxta profil açıb, qalmaqallı status yazan şəxsi polisə şikayət etməsinin aqibətindən danışıb:
"Getdim polisə şikayət etdim, həmin an səhifə bağlandı. Mənə çox zənglər gəldi. Hətta bu qədər səs-küy yaratmasına özüm də təəccüblənmişdim. İki gün narahat qaldım. Sonra polis idarəsindən zəng vurdular ki, yoluna qoyduq. Mən də çox üstünə getmədim".
Aktrisa bildirib ki, həyat yoldaşı qısqancdır və ona sosial şəbəkələrdən istifadə etməyə icazə vermir:
"Həvəsim yoxdur. Həm də həyat yoldaşım icazə vermir. Çox qısqancdır. Bu yaşımda kişi məni qısqanır. Geyimimə müdaxilə edir”.
Foto: Ramin ASLANOV

.