Bakı Apellyasiya Məhkəməsində "Binəqədi Oil Company" şirkətinin Binəqədi qəsəbə bələdiyyəsi ilə bağlı şikayətinə baxılıb. APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, şirkət bələdiyyənin Fatma Dadaşova adlı şəxsin adına verdiyi sərəncamın etibarsız hesab edilməsi ilə bağlı 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı mümkün saymayıb. Bundan sonra şirkət apellyasiya şikayəti verib.
.
