
Son olaraq "Kurtlar Vadisi Pusu"ya daxil olan aktrisa Ayla Alqan dərs verdiyi tələbələrindən danışıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, "tələbələrinizdən çoxu hazırda serial və film sahəsində öndə gedənlərdi. Ən yaxşı tələbəniz kim idi" sualını cavablandırıb:
"Bergüzar Korel çox fərqlidir. Onda olduğu kimi həssaslıq, dəqiqlik və zəhmətkeşlik görməmişəm. Bergüzara artıq "yetirməm" demirəm, çünki işin ustası olub. "Min bir gecə" serialı zamanı ona "Öz yaratdığım canavar" deyirdim. Hazal Kayaya isə zarafatla lağ edib "ulduz işığı yox, boy yox, bu necə olacaq" deyirdim. Amma oldu, bacardı...".
.