Facebook sosial şəbəkəsinin Azərbaycan seqmentində saxta manatlar barədə geniş müzakirə açılıb.
Day.az saytı bildirir ki, Facebook istifadəçisi "Bazarstore" supermarketində anasına saxta 10 manat verdiklərini yazıb.
Onun sözlərinə görə, "Aygün City" ticarət mərkəzində yerləşən "Bazarstore" marketində alış-verişdən sonra anasına 40 manat qalıq qaytarıblar. O, 10 manatlıq əskinaslardan ibarət pulu götürüb evə gəlib. Evdə isə onluqlardan birinin haloqrafik elementləri olmadığını aşkarlayıb.
Geri qayıdıb pulu dəyişmək istəyəndə isə ona verilən cavab müsbət olmayıb. Marketin administrasiyası pulun onlardan çıxdığına inanmayıb.

.