İspaniya La Liqasının 35-ci turu çərçivəsində "Barselona" klubu "Levante"ni qəbul edib.

Oyunda yeganə qolu 62-ci dəqiqədə ev sahibinin hücumçusu Lionel Messi vurub və qələbə qazandırıb.

Bu qələbə ilə 35 turdan sonra "Barselona" xallarının sayını 83-ə çatdırıb və vaxtından əvvəl İspaniya çempionu olub.

Beləki, "Barselona"nın ən yaxın izləyicisi olan "Atletiko" 35 turdan sonra 74 xal toplaya bilib.
.